Bakı. Trend:
"Netflix" "Warner Bros. Discovery"ni səhm başına 27,75 dollar qarşılığında satın almaq üçün razılığa gəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Netflix" və "Warner Bros. Discovery" (WBD) birgə açıqlama yayıblar.
Bildirilib ki, satınalma əməliyyatı nağd pul və səhm şəklində həyata keçiriləcək.
Satınalma yalnız "WBD"nin film və televiziya studiyalarını deyil, həmçinin "HBO Max streaming" xidmətini də əhatə edir. Əməliyyatın zəruri icazələr alındıqdan sonra 2026-cı ilin üçüncü rübündə tamamlanması gözlənilir.
Məlumata görə, bu birləşmə film sənayesində yeni nəhəng şirkət yaradacaq və monopoliyalaşma müzakirələrini artıracaq. İki şirkətin birlikdə dünya üzrə təxminən 450 milyon abunəçisi mövcuddur.
ABŞ rəsmiləri bildiriblər ki, satış baş tutarsa, "Netflix" rəqəmsal yayım bazarında “çox güclü” mövqeyə sahib olacaq.