Bakı. Trend:
ABŞ-də kommersiya xam neft ehtiyatları keçən həftə 1,8 milyon barrel azalaraq 5 dekabr 2025-ci il tarixinə 425,7 milyon barrelə düşüb.
Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4% aşağıdır.
Bakı vaxtı ilə saat 19:30-a olan məlumatlara görə, Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,74% azalaraq 61,48 dollar/barel, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,77% enərək 57,8 dollar/barel olub.
