Bakı. Trend:
Hindistanın cənubunda yerləşən Karnataka ştatında ağır yol qəzası baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 9 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.
Məlumata görə, toqquşmadan sonra avtobus alışaraq yanmağa başlayıb. Həmin an sərnişinlərin çoxu yatdığından nəqliyyat vasitəsini tərk edə bilməyiblər.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyaya görə, yük maşını yol ayırıcında anidən əks-hərəkət istiqamətinə çıxaraq avtobusla toqquşub.
