Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsini müzakirə etmək üçün yanvarın 5-də amerikalı həmkarı Donald Trampla telefon danışığı aparmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti bildirib.
"Bazar ertəsi günü Prezident Trampla telefon danışığım olacaq", - deyə o bildirib.
Türkiyə prezidenti qeyd edib ki, müzakirə etməyi planlaşdırdığı mövzular arasında Ukrayna və Qəzza zolağındakı vəziyyət də var.
R.T. Ərdoğan Ukrayna böhranında iştirak edən bütün tərəflərlə, o cümlədən Qərb ölkələri ilə sıx əlaqədə olduğunu vurğulayıb.