...

Kanadada bu təhlükə ilə bir sıra fıstıqlı şokolad məhsulları geri çağırılıb

Dünya xəbərləri Materials 3 Yanvar 2026 11:30 (UTC +04:00)
Kanadada bu təhlükə ilə bir sıra fıstıqlı şokolad məhsulları geri çağırılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Kanada Qida Təftişi Agentliyi (CFIA) salmonella ilə çirklənmə ehtimalına görə bir sıra fıstıqlı şokolad məhsullarını geri çağırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, geri çağırılan məhsullar arasında “Dubai Style” fıstıqlı şokoladı, “The Peace Maker Specialty Bar”, “Trans Canada Trail - Peace Seeker”, “Classic Box”, “Proudly Canadian Box” və müxtəlif növ şokoladlar yer alır.

Agentlik vətəndaşlara xəbərdarlıq edərək, bu məhsullardan istifadə edən şəxslərin özlərini pis hiss etmələri halında məhsulu atmalarını və dərhal həkimə müraciət etmələrini tövsiyə edib.

Salmonella ilə çirklənmiş qidalar normal görünsə belə, ciddi xəstəliklərə səbəb ola bilər. Simptomlara isə qızdırma, baş ağrısı, ürəkbulanma, qusma, qarın spazmı və ishal daxildir. Xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və zəif immun sisteminə malik insanlar risk qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti