...

Valentino dəb evinin təsisçisi Valentino Qaravani vəfat edib

Dünya xəbərləri Materials 19 Yanvar 2026 22:11 (UTC +04:00)
Valentino dəb evinin təsisçisi Valentino Qaravani vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtalyan modelyer və tanınmış dəb evi “Valentino”nun təsisçisi Valentino Qaravani vəfat edib.

Trend xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Məlumata görə, modelyer yanvarın 19-da, bazar ertəsi günü 93 yaşında Romadakı evində dünyasını dəyişib.

Valentino Qaravani ilə vida mərasimi 21 və 22 yanvar tarixlərində keçiriləcək. O, yanvarın 23-də “Santa Maria Macore” kilsəsində dəfn olunacaq.

Xəbər lenti

Xəbər lenti