...

ABŞ məxfi silaha sahibdir - Tramp

Dünya xəbərləri Materials 21 Yanvar 2026 10:00 (UTC +04:00)
ABŞ məxfi silaha sahibdir - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına verdiyi müsahibədə ABŞ-nin heç kimə məlum olmayan silah növlərinə sahib olduğunu bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ağ Ev rəhbəri bunu Venesuelada keçirilən əməliyyat zamanı səs silahından istifadə olunub-olunmadığı ilə bağlı jurnalistin sualını cavablandıran zaman deyib. Trampın sözlərinə görə, ABŞ hərbi arsenalında çox məxfi və adamı heyrətə salan silahlar mövcuddur.

“Bizim heç kimə məlum olmayan silahlarımız var. Yəqin ki, bu haqda ümumiyyətlə danışmasaq yaxşı olar, amma bizim həqiqətən adamı heyrətə gətirən silahlarımız var”, - deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri təfərrüatlara varmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti