Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu Dabidə ilk dəfə olaraq Rusiya, Ukrayna və Birləşmiş Ştatlardan olan nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli sülh danışıqları start götürüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu, 2022-ci ilin fevralından bəri ilk belə danışıqlardır.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ərazi məsələləri, o cümlədən Donbasdakı vəziyyət Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçiriləcək ilk üçtərəfli danışıqlarda əsas mövzulardan biri olacaq.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd etmişdi ki, Rusiyanın danışıqlarda iştirak etməsinin şərti Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasıdır. O əlavə edib ki, Əbu-Dabidəki görüşdə Rusiya tərəfini yalnız hərbi rəsmilər təmsil edəcək.
