...

2025-ci ildə hücumlar zamanı 12 sülhməramlı və 9 mülki şəxs ölüb - BMT hesabatı

Dünya xəbərləri Materials 23 Yanvar 2026 21:00 (UTC +04:00)
2025-ci ildə hücumlar zamanı 12 sülhməramlı və 9 mülki şəxs ölüb - BMT hesabatı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMT əməkdaşı - 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq mülki xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günü yaydığı hesabatda yer alıb.

Hesabatda qeyd edilir ki, buraya təşkilatın Qəzza müharibəsi zamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdən törədilən hücumların hədəfi olmayıb.

Komitənin məlumatına görə, həyatını itirən BMT işçilərindən altısı banqladeşli, beşi sudanlı, ikisi cənubi afrikalı olub. Qalanları Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan, Fələstin, Keniya və Zambiyadan olanlardır.

2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11 BMT əməkdaşının həlak olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti