Bakı. Trend:
Xalq deputatlarına rüşvət təklif etməkdə şübhəli bilinən və barəsində məhkəmə tərəfindən girov qətimkan tədbiri seçilmiş "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko üçün 33 milyon qrivna (təxminən 760 min dollar) həcmində girovun tam məbləği ödənilib.
Trend xəbər verir ki, bu barədə "Transparency International Ukraine" məlumat yayıb.
Bu vəsaitin bir hissəsi - 12 milyon qrivnadan çoxu (təxminən 278 350 dollar) hələ yanvarın 20-də ödənilmişdi. Bu məbləğin 5 milyon qrivnasını (təxminən 116 000 dollar) Sergey Vitaleviç Rabçuk, 8,65 milyon qrivnasını (təxminən 200 650 dollar) isə Oksana Vladimirovna Fetisova ödəyib.
Qeyd edək ki, yanvarın 16-da Ukrayna məhkəməsi “Batkivşina” Partiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı 33 milyon qrivna məbləğində girov şəklində qətimkan tədbiri seçib.