...

ABŞ-ın 14 ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 23 Yanvar 2026 22:37 (UTC +04:00)

Bakı. Trend:

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.

Trend xəbər verir ki, bunlar Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarıdır. Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar gözlənilir. Şəhər də fövqəladə vəziyyət elan edən bölgələr arasındadır.

Artıq şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.

Xəbər lenti

Xəbər lenti