Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsində razılaşıb.
Trend xəbər verir ki, bu barədə Zelenski açıqlama verib.
O, Kiyevdə keçirilən İstedadlı Gənclər Forumunda çıxışı zamanı bildirib ki, Prezident Trampla apardığı danışıqlar nəticəsində “Patriot” sistemləri üçün müəyyən sayda “PAC-3” raketlərinin alınması barədə razılıq əldə olunub, lakin dəqiq rəqəmi açıqlamayıb.
Qeyd edək ki, Volodimir Zelenski və Donald Tramp yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.