Bakı. Trend:
Tehranın nüvə silahı əldə etməyə cəhd göstərə biləcəyi ehtimal edilsə də, Vaşinqton buna qəti şəkildə mane olacaq.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Milli Müdafiə Strategiyasının yenilənmiş versiyasında qeyd olunub.
Sənəddə bildirilir ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini açıq şəkildə bəyan edib. Eyni zamanda vurğulanır ki, İran rəhbərliyi gələcəkdə yenidən nüvə silahına sahib olmağa cəhd göstərə biləcəyini istisna etmir.
Pentaqon, həmçinin, Tehranın konstruktiv danışıqlardan yayınmaqda davam etdiyini iddia edib.