Bakı. Trend:
Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsi gələn həftə Əbu-Dabidə keçirilə bilər.
Trend-in məlumatına görə, bu barədə "Axios" qəzetinin jurnalisti Barak Ravid Ukrayna rəsmiləri arasında olan mənbələrə istinadən "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, üçtərəfli danışıqlar "müsbət və konstruktiv" olub.
Jurnalist bildirib ki, BƏƏ-nin paytaxtında növbəti danışıqlar "gələn həftə keçiriləcək".