Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadan gələn bəzi mallara rüsumların artırıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.
"[Cənubi] Koreyanın qanunverici orqanı tarixi ticarət sazişimizi qəbul etmədiyi üçün, bu onun səlahiyyətinə daxildir, mən avtomobillər, taxta materiallar və əczaçılıq məhsulları üzrə rüsumları, eləcə də bütün cavab rüsumlarını 15 faizdən 25 faizə qaldırıram", - deyə o bildirib.
O, Cənubi Koreya Milli Assambleyasının "ABŞ ilə müqavilənin şərtlərini yerinə yetirmədiyinə" əminliyini ifadə etdi.