...

Balkan ölkələrindən olan TIR sürücüləri Avropa İttifaqına aparan yolları bağlayıblar

Dünya xəbərləri Materials 27 Yanvar 2026 15:23 (UTC +04:00)
Balkan ölkələrindən olan TIR sürücüləri Avropa İttifaqına aparan yolları bağlayıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şengen səyahətləri ilə bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq Balkan bölgəsindən olan 4 ölkənin yük maşını sürücüləri Avropa İttifaqına yük daşımaları baxımından əhəmiyyətli olan 20-dən çox magistralı bağlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyada yük terminalları tamamilə dayanıb — sürücülər nəqliyyat vasitələrini sərhəd-keçid məntəqələrində saxlayaraq Avropa İttifaqını Türkiyə və Yaxın Şərqlə birləşdirən əsas nəqliyyat dəhlizi boyunca yükdaşımaları iflic ediblər. Blokada həmçinin Monteneqronun Adriatik sahilində yerləşən Bar limanının işinə də təsirsiz ötüşüməyib.

“Biz region daxilində şirkətlərimizin rəqabət qabiliyyətini qorumaq, əməkdaşlarımız, ailələrimiz və ümumiyyətlə mövcudluğumuz uğrunda mübarizə aparırıq,” – deyə Monteneqronun Beynəlxalq Yükdaşıyıcıları Assosiasiyasının direktoru Vesko Şljivançanin “Euronews” telekanalına bildirib.

Serbiya Ticarət Palatasının prezidenti Marko Çadej isə deyib ki, sərhəd keçidlərinin bağlanması və Qərbi Balkanlardan ixracın dayanması nəticəsində birbaşa zərər gündə təxminən 100 milyon avro təşkil edir.

O qeyd edib ki, təkcə Serbiyadan Aİ-yə ixrac edən təxminən 10 min şirkət var və bu rəqəmlər “həqiqətən çox böyük hədlərə” çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti