...

ABŞ Ədliyyə Nazirliyi “Netflix”in mümkün antiinhisar pozuntularını araşdırır

Dünya xəbərləri Materials 8 Fevral 2026 08:12 (UTC +04:00)
ABŞ Ədliyyə Nazirliyi “Netflix”in mümkün antiinhisar pozuntularını araşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi “Netflix” şirkətinin qanuni rəqabət prinsiplərini pozan metodlardan istifadə edib-etmədiyini araşdırır. Araşdırma yayım platformasının “HBO Max” xidmətini də əhatə edən “Warner Bros. Discovery”ni satın alma planı ilə əlaqədardır.

Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, nazirlik “Netflix”in “Warner Bros. Discovery”ni satın almasının şirkətin bazardakı dominant mövqeyini möhkəmləndirib-möhkəmləndirməyəcəyini və ya gələcəkdə inhisarlaşmaya səbəb olub-olmayacağını qiymətləndirir. ABŞ qanunvericiliyinə əsasən, tənzimləyici qurumlar bazarda inhisarlaşma riski yaradan müqavilə və razılaşmaları bloklamaq üçün geniş səlahiyyətlərə malikdir.

Qeyd edək ki, “Netflix” “Warner Bros. Discovery”nin aktivlərinin bir hissəsini 83 milyard dollar məbləğində satın almağı planlaşdırdığını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti