...

Türkiyədə ilk Atom Elektrik Stansiyasının tikintisi əleyhinə kütləfi etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 1 May 2006 14:24 (UTC +04:00)

Türkiyə hökumətinin Qara dəniz sahilində yerləşən Sinop şəhərində tikməyi plaşdırdığı ilk atom-elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ölkədə kütləvi etiraz aksiyası keçirilib. Bu gün minlərlə adam Sinop şəhərinin küçələrinə çıxaraq bu planlardan imtina etməyi tələb edirlər. Bu barədə "Azadlıq" radiosu məlumat verib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AES-nın tikintisi üçün Atom Enerjisi üzrə Milli İnstitutun təklif etdiyi 9 iddiaçı şəhər arasından Sinopu seçib.

Tükiyə artıq uzun müddətdir ki, İran və Rusiyanın enerji xammalından asılılığı azaltmaq üçün enerji mənbələri axtarır. Ankara atom reaktoru tikintisi barədə planlarını 1996-cı ildə bəyan edib. O zaman bu layihə maliyyə çətinlikləri ilə bağlı dondurulmuşdu. Bu məsələ ötən qış mövsümündə xüsusi aktuallıq kəsb etdi. O zaman İrandan qazın tədarükündə yaranan problemlər üzrə bir çox türk müəssisələri istehsalı azaltmağa, ya da tam saxlamağa məcbur olmuşdu.

Türkiyə nüvə silahının yayılmaması barədə müqavilənin iştirakçısıdır. Onun nüvə sahəsindəki bütün fəaliyyətinə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən nəzarət olunur . Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti