...

Ağ Ev: ABŞ İran məsələsini BMT və müttəfiqlər vasitəsilə həll edəcək

Dünya xəbərləri Materials 25 May 2006 16:33 (UTC +04:00)

BBS-nin yaydığı məlumata əsasən, Vaşinqton İrannın nüvə proqramı bağlı Tehranla birbaşa danışıqlar aparma mümkünlüyünü istisna edib. Ağ Ev nümayəndəsi Toni Snounun sözlərinə görə, ABŞ İran problemini əvvəlki kimi BMT və müttəfiqlər vasitəsilə həll edəcək. Eyni zamanda T.Snou qeyd edib ki, əgər İran uranın sadələşdirilməsini dayandırsa, gələcəkdə "müəyyən imkanlar" yarana bilər.

Trend agentliyinin "Regnum"a istinadən yaydığı məlumata əsasən, Ağ Evin bəyanatı "Vaşinqton post" qəzetinin yaydığı məlumata cavab olaraq verilib. Həmin məlumata əsasən, İran İndoneziya, Küveyt və BMT-nin baş katibi Kofi Annan vasitəsilə ABŞ ilə birbaşa danışıqlar təşkil etmək təklifini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti