...

Azərbaycan və Ermənistan XİN başçıları yaxın vaxtlarda görüşə bilər

Dünya xəbərləri Materials 9 İyun 2006 11:49 (UTC +04:00)

Ermənistan XİN başçısı Vardan Oskanyan 2006-cı ildə Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüşün keçiriləcəyini istisna etmir.

"XİN başçıları səviyyəsində danışıqlar birmənalı şəkildə davam etdiriləcək ", - deyə V.Oskanyan Ermənistanın "Kentron" telekanalına müsahibəsində bildirib.

Trend in ARKA-ya istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, XİN başçılarının görüşü yaxın vaxtlarda keçirilə bilər. " Həmsədrlər görüşün vaxtını dəqiqləşdirmək üçün artıq tərəflərlə əlaqə saxlayıb ", - deyə V.Oskanyan qeyd edib.

Onun sözlərinə görə, XİN başçıları tərəflərin mövqeyini yaxınlaşdırmağa çalışacaq.

"Əgər bu baş tutarsa, düşünürəm ki, il ərzində prezidentlərin daha bir görüşü keçiriləcək " - deyə nazir əlavə edib.

O vurğulayıb ki, danışıqlar masası üzərindəki prinsiplər əvvəlki kimi olaraq qalır.

"Bunlar razılığın əldə olunmasının vacib olduğu Dağlıq Qarabağın statusu, ərazilər, qaçqınlar, təhlükəsizlik problemi ilə bağlı prinsipial məsələlərdir", - deyə V.Oskanyan bildirib. O əlavə edib ki, tərəflər prinsiplərin 60-70%-i üzrə ümumi təmas nöqtəsini tapıb.

"Yerdə qalan 30% üzrə fikir ayrılığı qalmaqdadır və prezidentlər bu məsələlər ətrafında razılığa gəlməyə çalışır", - deyə nazir qeyd edib.

O vurğulayıb ki, prezidentlərin Rambuye və Buxarest görüşləri arasındakı müddətdə həmsədrlər tərəflərin mövqeyini əks etdirməyən yeni təkliflə çıxış edib.

"Düşünürəm ki, əgər siyasi iradə nümayiş etdirilərsə, ortaq məxrəcə gətirilmiş bu variant hər iki tərəf üçün müəyyən dərəcədə əlverişli ola bilər", - deyə V.Oskanyan hesab edir.

Xəbər lenti

Xəbər lenti