...

NATO PA nümayəndə heyəti Tbilisiyə gəlir

Dünya xəbərləri Materials 14 İyun 2006 15:21 (UTC +04:00)

Çərşənbə günü NATO Parlament Assambleyasının nümayəndə heyəti Tbilisiyə gəlir. Gürcüstanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Nika Ruruadır, nümayəndə heyətinə bu təşkilatın müxtəlif yardımçı komitələrinin rəhbərləri daxildir.

Trend in Kavkaz-Press-ə istinadən verdiyi xəbərə görə, NATO PA nümayəndə heyətinə müdafiə komitəsinin nümayəndəsi britaniyalı Frenk Kuk başçılıq edir. "NATO ölkələri parlamentarilərin səfərinin başlıca məqsədi Gürcüstanla tanış olmaqdır", - deyə Rurua bildirib. Onun sözlərinə görə, 6 aydan sonra NATO PA-nın Kanadada keçiriləcək növbəti iclasında Kuk Gürcüstanda və bütövlükdə regiondakı vəziyyət haqqında məruzə ilə çıxış edəcək.

İyunun 15-də nümayəndə heyətinin üzvləri Gürcüstan Müdafiə nazirinin müavini Mamuka Kudava, Avrpa inteqrasiyası üzrə dövlət naziri Qiorqi Baramidze, Xarici İşlər naziri Qela Bejuaşvili, Daxili İşlər naziri Vano Merabişvili, NATO ölkələrinin Gürcüstandakı səfirləri ilə görüşəcəklər. Elə həmin gün NATO parlamentarilərinin Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşü gözlənilir. İyunun 16-da nümayəndə heyətinin üzvləri sərhəd idarəsinin başçısı Badri Bitsadze, Ətraf mühitin və təbii sərvətlərin müdafiə naziri Qiorqi Papuaşvili, Energetika naziri Nika Qilauri və Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin sədri İrakli Kavzanadze, həmçinin QHT və mülki sektorun nümayəndələri ilə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti