...

Yaponiya və ABŞ raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı inkşaf etdirmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 23 İyun 2006 17:44 (UTC +04:00)

Yaponiya və ABŞ bu gün raket əleyhinə ümumi müdafiə sisteminin yaradılması sahəsində əməkdaşlığı inkşaf etdirmək barədə razılığa gəliblər. Müvafiq saziş Yaponiya xarici işlər naziri Taro Aso və ABŞ səfiri Tomas Şiffer tərəfindən Tokioda imzalanıb. Sazişdə ballistik raketlərin ələ keçirilməsi sistemi sahəsində birgə istehsal nəzərdə tutulub. Silahın istehsalının başlanma müddəti dəqiqləşdirilməyib, lakin məlumdur ki, onun hazırlanma mərhələsi təxminən 9 il davam edəcək.

Trend in verdiyi xəbərə görə, bu gün imzalanmış sənəd Yaponiyaya ABŞ-da raket əleyhinə müdafiə texnologiyalarını istismar etmək hüququ verir. Beləliklə, Yaponiya İkinci dünya müharibəsindən sonra yaranmış silah ixracı moratoriumundan imtina edir.

Rəsmi şəxslərin təminatlarına görə, saziş çoxdan hazırlanır və sazişin bağlanması Şimali Koreya nüvə proqramı ətrafındakı vəziyyətin kəskinləşməsi ilə bağlı deyil. Bununla bağlı qeyd etmək lazımdır ki, RQM sahəsində Amerika-Yaponiya əməkdaşlığının bütün proqramı KXDR-in 1998-ci ildə ballistik raketin sınaq buraxılışını həyata keçirməsindən sonra işə salınıb.

Yaponiya hökümət orqanları Pxenyanın buraxmaq istədiyi ballistik raketi izləməyə qadir yeni radarın quraşdırılması haqqında qərarı qəbul etdikdən bir neçə saat sonra sazişin imzalanması barədə məlumat alınıb. Bu gün ölkənin şimalında, Tokionun 576 kilometrliyində yerləşən Şariki hərbi bazasında X-Band radar sisteminin quraşdırılmasına başlayıblar. Ehtimal olunur ki, işlər yayın ortalarında tamamlanacaq və radar da o vaxtdan işləməyə başlayacaq. Yaponiya hərbçiləri qeyd ediblər ki, sistem yalnız ehtimal olunan raket buraxılışlarını izləməyə qadirdir və raketlərin ələ keçirilməsi üzrə qurğularla təchiz olunmayıb.

Xəbər lenti

Xəbər lenti