...

Fiat şirkətinin yeni başçısı Canni Anyellinin nəvəsi olacaq

Dünya xəbərləri Materials 28 İyun 2006 18:52 (UTC +04:00)

Fiat şirkətinin yeni başçısı Avropanın ən məşhur avtomobil sülalələrindən biri Anyelli ailəsinin varisi Con Elkann (John Elkann) olacaq. Hazırda mərhum Canni Anyellinin 30 yaşlı nəvəsi Fiat Group şirkətinin vitse-prezidentidir.

Trend in verdiyi xəbərə görə, bir çox analitiklər Avropa bazarında "ailəvi konsern"lərin üstünlüyü barədə yaxşı fikirdə deyillər. Onlar hesab edirlər ki, belə sülalələr ailə maraqlarını üstün tuturlar. Avropada bu məsələ çox kəskindir. Tədqiqatlara əsasən, Avropa şirkətlərinin təxminən 40%-i idarəni bir nəsildən digər nəslə ötürüblər.

Con Elkann bu məsələyə dair bütün ittihamları rədd edir və bildirir: əsası onun ulu babası tərəfindən qoyulmuş Fiatda ailənin rolu şirkətə sabitlik və böyük gəlirlər gətirib.

Anyelli sülaləsinin ailə ənənəsinə görə, Con Elkann Fiat-ın doğma şəhəri - Turində mühəndislik öyrənib. Bir neçə il o, hətta fabrik işçiləri ilə bərabər quraşdırma konveyerində də işləyib. Onlar varislə birlikdə işlədiklərini bilməyiblər. Gənc diplomlu mütəxəssis kimi, o, iş təcrübəsini artıraraq, bir neçə ilini General Electric şirkətində keçirib. Elkann 2002-ci ildə 26 yaşında ailə biznesinə qayıdanda, Fiat dərin böhran keçirirdi. Canni Anyelli bir neçə aydan sonra 81 yaşında vəfat etdi. Bankların konsorsiumu 3,76 milyard dollar həcmində borc yığdı. Şirkəti saxlamaq üçün Elkann ailə mülkiyyətinin bəzilərini satmalı oldu. Ailə kapitalın artırılması üçün şəxsi pullarından 313 milyon ABŞ dolları sərmayə qoydu. Üç ildən sonra vəziyyət yaxşı tərəfə dəyişməyə başladı.

Jurnalist və analitiklərin biznesin "ailələşdirilməsi" barədə narazı fikirlərinə baxmayaraq, Con Elkann bildirir: "Mən başa düşürəm ki, mənim hələ 30 yaşım var. Və mən anlayıram ki, hörmət nəsillikcə keçmir, zəhmətlə qazanılır".

Xəbər lenti

Xəbər lenti