...

Rusiyanın müdafiə naziri: 20-yə yaxın dünya ölkəsi kütləvi qırğın silahını yaratmaq potensialına malikdir

Dünya xəbərləri Materials 30 İyun 2006 14:56 (UTC +04:00)

"20-yə yaxın dünya ölkəsi kütləvi qırğın silahını yaratmaq potensialına malikdir". Bunu Rusiyanın müdafiə naziri, baş nazir müavini Sergey İvanov mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, hazırda hamı tərəfindən qəbul olunmuş 5 nüvə dövləti, eləcə də Hindistan, Pakistan, İsrail və Şimali Koreyadan başqa, daha 20-yə yaxın ölkə belə silah yaratmaq potensialına malikdir.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, dünyada kütləvi qırğın silahının yayılması vəziyyətilə tanış edən S.İvanov deyib: "Biz vəziyyətin asan olmadığını etiraf edirik, çünki bəzi ölkələrin həmin silaha malik olmaq və bunu istehsal etmək istəyi qalmaqdadır".

Bundan əlavə, nazir bildirib ki, belə silahların əldə edilməsinə yönəldilmiş dünya ictimaiyyətini nərahat etməyə bilməz.

Kimyəvi və bioloji silahdan danışan S.İvanov bəyan edib ki, 25-ə yaxın ölkə bu silahları çatdırmaq üçün vsitələrə malikdir. Onun sözlərinə görə, bu dövlətlər ya ballistik raket komplekslərinə malikdir və ya bunları yarada bilər.

Xəbər lenti

Xəbər lenti