...

Ukrayna şəxsi sputnik qruplaşmasının yaradılma imkanını öyrənir

Dünya xəbərləri Materials 30 İyun 2006 18:16 (UTC +04:00)

Ukrayna yaxın beş il ərzində şəxsi çoxfunksiyalı sputnik qruplaşmasının yaradılması imkanını gözdən keçirir.

Bu barədə cümə axşamı, 29 iyunda Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Milli kosmik agentliyin (UMKA) baş direktoru Yuri Alekseyev bildirib.

Trend in "UAKlub"a istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, artıq 5 il ərzində qruplaşma yaradan 2-3 kosmik aparat buraxmaq olar. Layihəni Rusiya, Belorusiya və Çinlə birgə həyata keçirmək olardı.

Çoxfunksiyalı milli sputnik qruplaşmasının qurulması Ukraynanın kosmik fəzadakı prioritet məsələlərindən biri kimi gözdən keçirilir. Bu sahənin mütəxəssislərinin qiymətləndirmələrinə görə, mikrosputniklərin yaradılması, buraxılması və tətbiqi milli qruplaşmanın yaranması üçün əsas ola bilər.

Xəbər lenti

Xəbər lenti