...

İran prezidenti Qəzza sektorunda baş vermiş hadisələrlə əlaqədar islam dünyasında "partlayış" təhlükəsi barədə bəyan edib

Dünya xəbərləri Materials 8 İyul 2006 11:51 (UTC +04:00)

"İsrailin Qəzza sektorunda davam etdirdiyi zərbələr "islam dünyasında partlayış"a səbəb ola bilər. Bu partlayış İsrailə və onun Qərbdəki müttəfiqlərinə qarşı yönəldiləcək". Belə bəyanatla İran prezidenti Mahmud Əhmədi Nejad Tehranda keçirilmiş mitinqdə çıxış edib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, çıxışı zamanı o, İsrailin mövcud olma hüququnu yenə də şübhə altına alıb. M.Ə.Nejad bəyan edib ki, İsrail rejimi "saxta"dır və Fələstin-İsrail münaqişəsinin həlli yalnız bu dövlət onu yaradanlar tərəfindən ləğv edildikdən sonra mümkün olacaq. Bu barədə (C) Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti