Ukrayna prezidenti Viktor Yuşenko Krıma yola düşüb. O, işini yay iqamətgahında davam etdirəcək.
Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, V.Yuşenko muxtar respublikanın rəhbərliyi, prezident və Məclis nümayəndələrilə bir sıra görüşlər keçirməyi planlaşdırır.
Krıma səfər etməzdən əvvəl V.Yuşenko planlı tibbi məsləhət alıb.
Avqustun 11-də Krıma baş nazir Viktor Yanukoviç də gedəcək. O, Moskva vaxtı ilə saat 12-00-da Simferopolda mətbuat konfransı keçirəcək. Əvvəl V.Yanukoviç bəyan etmişdi ki, bu il məzuniyyətə çıxmağı planlaşdırmır.