...

UMB 100 və 5 qrivna nominallı yubiley sikkələrini dövriyyəyə buraxıb

Dünya xəbərləri Materials 29 Avqust 2006 15:58 (UTC +04:00)

Avqustun 29-da Ukrayna Milli Bankı "Ukraynanın pul vahidi qrivnanın bərpasının 10 illiyi" münasibətilə 100 və 5 qrivna nominallı yubiley sikkələrini dövriyyə buraxıb. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, 100 qrivnalıq sikkə gümüşdən hazırlanıb (kütlə - 1000,0 qram, diametr - 100,0 millimetr, tiraj - 1501 ədəd). 5 qrivnalıq sikkə isə neyzilberdən hazırlanıb (kütlə - 16,54 qram, diametr - 35,0 millimetr, tiraj - 45 min ədəd).

PRAYM-TASS-ın məlumatına görə, indiyədək UMB 260 növ xatirə və yubiley sikkələri buraxıb. Onların təxminən 1/3-i qızıl və gümüşdən hazırlanıb. 2006-cı ildə 32 , 2007-ci ildə isə təxminən 30 növ sikkənin buraxılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti