...

Türkiyə baş nazirinin ABŞ prezidenti ilə görüşü oktyabrın 2-nə təyin olunub

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 13:51 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın ABŞ prezidenti Corc Buşla görüşü oktyabrın 2-nə təyin olunub. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, görüş Vaşinqtonda keçiriləcək. Daha sonra R.T.Ərdoğan Londona gedəcək. Böyük Britaniyaya səfər zamanı Türkiyə baş nazirinin Toni Bleyerlə danışıqların aparılması nəzərdə tutulub.

Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan ABŞ-a sentyabrın 29-da yola düşəcək. Oktyabrın 2-nə isə ABŞ prezidentinin iqamiətgahında qəbul təyin olunub. C.Buşla görüşdən sonra brifinqin keçıiriləcəyi nəzərdə tutulub. Bu brifinqdə Ərdoğan yüksək səviyyəli Türkiyə-Amerika danışıqlarının detallarını açıqlayacaq.

Bununla yanaşı, Birləşmiş Krallığa səfərin əsas mövzusu Türkiyə-Avropa Birliyi münasibətləri ilə bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti