...

Ukrayna təyyarələri NATO sifarişlərini yerinə yetirəcək

Dünya xəbərləri Materials 26 Oktyabr 2006 16:11 (UTC +04:00)

Müdafiə Nazirliyinin "Ukrayna aviasiya nəqliyyat şirkəti" dövlət müəssisəsi NATO sifarişləri əsasında uçuşlar həyata keçirən təyarələrin sayını iki dəfə artıra bilər. Bunu Kiyevdə jurnalistlərə müəssisənin baş direktoru Vitali Popov açıqlayıb.

"Əgər zərurət yaranarsa və NATO-dan müvafiq sifarişlər olarsa, onda biz əlavə olaraq daha 10-20 təyyarə verə bilərik", - deyə o bildirib.

Popovun sözlərinə görə, bu gün şirkətin müvafiq müqavilələri həyata keçirən 20 təyyarəsi var. Bu barədə "İnterfaks-Ukrayna" xəbər verir.

Trend in "ForUm"a istinadən xəbər verdiyi kimi, dövlət müəssisəsinin baş direktoru xatırladıb ki, "Ukrayna aviasiya nəqliyyat şirkəti" təkcə Ukraynanın deyil, xarici ölkələrin də hərbi idarələrinin marağında olan aviasiya nəqliyyat daşınmasını həyata keçirməkdə böyük təcrübəyə malikdir.

Xəbər lenti

Xəbər lenti