...

İstanbulda Papanın Türkiyəyə səfərinə qarşı mitinq keçirilib

Dünya xəbərləri Materials 27 Noyabr 2006 14:11 (UTC +04:00)

Papa Benediktin Türkiyəyə qarşıdakı səfəri ilə əlaqədar İstanbulda Səadət müxalifət Partiyası tərəfindən kütləvi etiraz mitinqi keçirilib. Aksiyada iştirak etmək üçün ölkənin bir çox rayonlarından nümayəndələr İstanbula gəlib. Mitinqdə çıxış edən Səadət Partiyasının lideri Rəcai Kutan Papanın bəyanatlarına fitnəkar, etikaya zidd, İslama qarşı yönəldildiyini və xaç yürüşləri dövrünün ədavətinin duyulduğunu bildirərək, bəyan edib ki, Papa bunlara görə müsəlmanlar qarşısında üzr istəməlidir. Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, mitinqdə Türkiyə müsəlman dini dairələrinin dini lideri Nəcməddin Ərbakan əraziyə yerləşdirilmiş iri monitorun ekranından aksiya iştirakçılarına müraciət edib. N.Ərbakan hakim partiyanı tənqid edərək, ölkə rəhbərliyini Papanın səfərini təxirə salmağa çağırıb. Mitinqdə çoxlu sayda yerli və xarici ölkə KİV nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti