...

AB ölkələri Polşa ilə ət üzrə razılığa gələ bilməyiblər

Dünya xəbərləri Materials 20 Dekabr 2006 18:57 (UTC +04:00)

AB ölkələri Rusiyaya Polşa ətinin tədarükü üçün embarqonun ləğv olunması şərtləri üzrə razılığa gələ bilməyiblər. Beləliklə, Polşa tərəfdaşlıq haqqında yeni saziş üzrə Rusiya ilə danışıqların başlanmasına qoyduğu vetonu saxlayır.

AB-də sədrlik edən Finlyandiya embarqonun ləğvi üzrə yeni "tarazlaşdırılmış" təklif irəli sürüb. Bu təklif AB adından Rusiya ilə danışıqlara çıxarılmalı idi. Bununla yanaşı, Polşa tərəfi belə hesab edib ki, bu təklif Polşanın maraqlarını kifayət qədər nəzərə almır. Eyni zamanda AB-nin bir sıra aparıcı qərb ölkələri hesab edirlər ki, Finlyandiyanın təklifi Polşa üçün son dərəcə əlverişlidir. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Noyabr ayının ortalarında Polşa Rusiya ilə tərəfdaşlıq haqqında yeni baza sazişinin hazırlanması haqqında danışıqların başlanması üçün Avropa komissiyasının mandatının qəbul olunmasına qadağa qoyub. Varşava öz vetosunun ləğvi üçün Rusiyadan Enerji xartiyasını təsdiq etməyi və Polşa ətinin idxalına qoyduğu embarqonu götürməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti