...

S.Hüseyn sutka ərzində edam oluna bilər

Dünya xəbərləri Materials 29 Dekabr 2006 11:24 (UTC +04:00)

İraqın keçmiş prezidenti Səddam Hüseyn yaxın sutkalar ərzində edam oluna bilər. Bu informasiyanı FoxNews telekanalı Amerika hərbi komandanlığındakı mənbəyə istinadən yayıb. Mənbənin sözlərinə görə, S.Hüseynə qarşı ölüm hökmü 2006-cı ilin sonunadək yerinə yetiriləcək, çünki İraq höküməti "Səddamın edamını tezliklə həyata keçirmək arzusundadır". Telekanalın müsahibi qeyd edib ki, Amerika hərbçiləri keçmiş diktatoru edamın həyata keçiriləcəyi yerə gətiriblər. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Ölkənin ali məhkəmə müəssisəsinin rolunu icra edən İraqın Ali tribunalı bu il noyabrın 5-də 1982-ci ildə Əd-Düceyl kəndində 148 şiyənin öldürülməsinə dair iş üzrə S.Hüseynə qarşı ölüm hökmü çıxarıb. Bu il dekabrın 26-da İraqın apelyasiya məhkəməsi qərara dair şikayətin verilməsində S.Hüseynə imtina edib. Konstitusiyaya əsasən, hökm məhkəmənin qərarından sonra 30 gün ərzində icra ediləcək. S.Hüseyn dara çəkilməklə edam olunacaq.

Xəbər lenti

Xəbər lenti