...

Ukrayna və Çexiya XİN başçıları Ukrayna –AB Fəaliyyət planının reallaşdırılması üzrə əməkdaşlıq haqqında Birgə bəyanat imzalayıblar

Dünya xəbərləri Materials 15 Yanvar 2007 18:09 (UTC +04:00)

Ukrayna və Çexiya Respublikasının xarici işlər nazirləri Boris Tarasyuk və Karel Şvartsenberq Ukrayna -AB Fəaliyyət planının reallaşdırılması üzrə əməkdaşlıq haqqında Birgə bəyanat imzalayıblar.

Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, Ukrayna XİN-in mətbuat xidməti bildirir ki, müvafiq bəyanat nazirlərin Praqadakı görüşünün və Ukrayna və Çex Respublikasının xarici siyasi idarələrinin rəsmi nümayəndə heyətlərinin danışıqlarının nəticəsinə görə imzalanıb.

Ukrayna və Çex Respublikası XİN-in rəsmi nümayəndə heyətlərinin danışıqlarının nəticələri üzrə B.Tarasyuk və U.Şvartsenberq həmçinin 2007-2008-ci illər üçün Ukrayna XİN və Çexiya XİN arasında Məsləhət planı imzalayıblar.

Xəbər lenti

Xəbər lenti