RF XİN rəhbəri Sergey Lavrov cümə günü ABŞ Dövlət Departamentinin başçısı Kondaliza Raysla gözlənilən görüşündə Rusiya-Amerika münasibətlərinin kompleks məsələlərini həll etmək niyyətindədir. Bu barədə juranalistlərə Vaşinqtondakı Rusiya nümayəndə heyətindəki mənbə bildirib.
Agentlik nümayəndəsi bildirib: "Kondaliza Raysla söhbət zamanı Rusiya-Amerika münasibətlərinin bütün aspektlərini, aktual beynəlxalq və regional problemləri müzakirə etmək nəzərdə tutulur".
Trend xəbər verir ki, mənbə əlavə edib ki, RF XİN rəhbərinin BMT baş katibi ilə gözlənilən görüşünə gəlincə, bu görüş çərçivəsində S.Lavrov və Pan Qi Mun BMT-də islahatlar aparılması və bu beynəlxalq təşkilatın fəaliyyətində Rusiyanın iştirakı məsələlərini müzakirə edəcəklər.
"RİA Novosti" agentliyinin əməkdaşı bildirib ki, cümə günü rusiyalı nazirin ABŞ prezidenti Corc Buşla görüşü də planlaşdırılıb.