...

Gürcüstan Əfqanıstana sülhməramlılar göndərməyə hazırlaşır

Dünya xəbərləri Materials 13 Fevral 2007 11:35 (UTC +04:00)

Gürcüstan xarici işlər naziri Qela Bejuaşviliyə istinadən "Associated Press" agentliyi xəbər verir ki, Gürcüstan Əfqanıstana sülhməramlılar göndərməyə hazırlaşır.

Venada olan Q.Bejuaşvili "Rustavi-2" Gürcüstan telekanalına müsahibəsində bildirib: "Grücüstan İraqda və Kosovoda sülhməramlıların missiyasında iştirak edir və hazırda biz Əfqanıstanda sülhməramlıların missiyasında iştirak etməyə hazırıq". O əlavə edib: "Gürcüstanın bu missiyalarda iştirakı NATO-ya inteqrasiya prosesinin bir hissəsini təşkil edir".

Trend xəbər verir ki, hazırda hərbçilər, tibb işçiləri və yardımçı heyət nümayəndələrindən ibarət təxminən 900 gürcü İraqdadır.

Xəbər lenti

Xəbər lenti