...

Regionlar partiyası sentyabrın 30-da Ukraynada növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə təşəbbüs göstərəcək

Dünya xəbərləri Materials 2 Mart 2007 15:51 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir Trend Z.Novosvitski/Hakim koalisiyaya daxil olan Regionlar partiyası 2007-ci ilin sentyabrın 30-da Ukrayna növbədənkənər prezident və parlament seçkilərinin keçirilməsini təklif edəcək. Regionlar partiyası fraksiyasının sədri Vasili Kiselyovun sözlərinə istinədən bu barədə Ukraynanın "Seqodnya" qəzeti yazıb. O cümlədən, martın 2-də Ukraynanın Ali Radasında sentyabrın 30-da növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi haqqında qanun layihəsinin qeydiyyata alınması planlaşdırılıb. V.Kiselyovun sözlərinə görə, Ukraynanın müstəqillik tarixində belə presedent. "1994-cü ildə münaqişəni həll etmək üçün prezident Leonid Kravçuk və spiker İvan Plyuş ümumi növbədənkənar seçkilərin keçirilməsi haqqında razılığa gəliblər", deyə denutat qeyd edib.

Xəbər lenti

Xəbər lenti