...

İndoneziyada "quş qripi" qurbanlarının sayı 66 nəfərə çatdı

Dünya xəbərləri Materials 19 Mart 2007 17:46 (UTC +04:00)

İndoneziyada "quş qripi"ndən insan ölümü müəyyən edilib. RBK nın Associated Press-ə istinadən verdiyi məlumata görə, Şərqi Yava əyalətinin xəstəxanasında 3 həftə müalicə edilən 21 yaşlı qadın elə oradaca həlak olub.

Yerli səhiyyə nümayəndələrinin verdiyi məlumata görə, bu, H5N1 virusundan 66-cı insan ölümü faktıdır.

2003-cü ilin sonlarından "quş qripi"ndən 169 nəfər ölüb.

Xəbər lenti

Xəbər lenti