...

Türkiyə Çinə 1,5 milyard dollarlıq məhsul ixrac edir

Dünya xəbərləri Materials 3 Aprel 2007 18:39 (UTC +04:00)

Türkiyə,Ankara /müxbir. Trend Ə.Ələsgərov/. Çinin işgüzar dairələrinin nümayəndə heyəti ticarət dövrüyyəsinin genişləndirilməsi barədə danışıqlar aparmaq üçün Türkiyədə səfərdədirlər. Trend in Ankaradakı xüsusi müxbirinin Türkiyənin dövlət naziri Gürşad Tüzmənin bəyanatına əsasən verdiyi məlumata görə, dövlətlər arasında ticarət dövrüyyəsinin balanslaşdırılması məqsədilə Çinə ixrac həcminin artırılması tədbirləri müzakirə ediləcək.

Ölkə məhsullarının ixracı ilə tanışlıq zamanı Çin nümayəndə heyəti Türkiyədən qoz və zeytun yağının alınması imkanlarına böyük maraqla yanaşıblar. Danışıqlar nəticəsində Çinin Türkiyədən1.5 milyard dollar məbləğində məhsul alması bərədə müqavilə və razılaşma imzalanıb.

Xəbər lenti

Xəbər lenti