...

Gürcüstan parlamentinin sədri Çexiyaya gedir

Dünya xəbərləri Materials 12 May 2007 10:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Bu gün Gürcüstan parlamentinin spikeri Nino Burcanadze Çexiyaya rəsmi səfərə gedir. Bu barədə Gürcüstan parlamentindən verilən məlumatda bildirilir.

Səfər zamanı Burcanadze Çexiya Senatının sədri Prjemisl Sobotka, baş nazir Mirek Topolanek və XİN başçısı Karel Şvartsenberqlə görüşəcək. Gürcüstan rəsmisi həmçinin Çexiya müdafiə nazirinin müavini Martin Bartakla danışıqlar aparacaq.

Burcanadzenin səfər proqramında həmçinin Praqa Beynəlxalq Münasibətlər İnstitutunda, habelə "Azadlıq" radiosunun yerli bölməsinin ofisində çıxışı nəzərdə tutulur.

Mayın 17-də Burcanadze Praqadan Riqaya gedəcək. Burada da onun bir sıra görüşləri planlaşdırılır. Gürcüstan parlamentinin spikeri miqrasiya problemləri ilə bağlı insan resurslarının inkişafına dair beynəlxalq konfransda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti