...

Türkiyədə cinayətkarlığın qəfil artımı müşahidə olunur

Dünya xəbərləri Materials 15 May 2007 15:02 (UTC +04:00)

Türkiyə, Ankara/ Trend müxbir A.Ələsgərov/ Ankara Ticarət Palatasının (ATP) türk polisinin 2002-2006-cı illər statistik məlumatları əsasında hazırladığı "Terrorizm cinayətləri hesabatı" məruzəsinə əsasən, ölkənin küçələrində cinayətkarlıq hökm sürür.

Məruzədə iddia olunur ki, təhlükəsizlik problemi elə bir səviyyəyə çatıb ki, onu terrorizmlə müqayisə etmək olar. Sənəddə qeyd olunub ki, dörd illik hesabat dövründən öncəki illə müqayisədə Türkiyədə cianyətkarlıq 227% artıb, xüsusilə də fırıldaqçılıq və kiçik oğurluq 215%.

Məruzəyə görə 5 il ərzində ən geniş yayılmış cinayətlər oğurluq, bədən xəsarətləri yetirmək, fırıldaqçılıq və cibgirlikdir. Məruzə göstərir ki, Türkiyədə təhlükəsizlik məsələləri ən kəskin dövrünü yaşayır. Mağazalarda oğurluq halları satıcılar üçün ən böyük problemə çevrilib. Son beş ildə təqribən 185 min firma, ticarət məntəqəsi, müəssisə soyulub və 176 min avtomobil oğurlanıb. Cinayətlərin ümumi mürəkkəbliyi 165% artıb. Avropa Şurası ilə aparılan danışıqlar çərçivəsində qanunların liberallaşdırılması nəticəsində polislər çox vaxt heç öz həyatlarını da mühafizə edə bilmirlər.

Xəbər lenti

Xəbər lenti