...

Əfqanıstanda Azərbaycanın Silk Way şirkətinə məxsus təyyarədə aviasiya hadisəsi baş verib

Hadisə Materials 18 May 2016 22:11 (UTC +04:00)
Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.
Əfqanıstanda Azərbaycanın Silk Way şirkətinə məxsus təyyarədə aviasiya hadisəsi baş verib

Bakı.Trend:

Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur.

Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti