...

Serj Sarkisyanın çıxılmaz vəziyyəti

Siyasət Materials 16 Yanvar 2015 22:00 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Ermənistan Rusiya ilə bağlı mövqeyinə görə iki hissəyə parçalanıb. Bir çox Ermənistan vətəndaşı Gümrüdə baş vermiş qətlə görə Rusiya əleyhinə çıxmağa başlayıb. Artıq etirazçılar və polis arasında toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb.

Yerdə qalan ermənilər isə Moskvanın qorxusundan hələ də "rus-erməni qardaşlığı" barədə nağıllar söyləyirlər. Qorxaqlıqda Rusiya şou-biznesinin erməni əsilli ulduzları da ittiham edilirlər. Onlar puldan məhrum olmamaq üçün erməni təəssübkeşliyini qurban verərək mövqe nümayiş etdirmirlər.

Ermənilər ötən il Rusiyada yol qəzası nəticəsində 18 nəfərin ölümünə səbəb olmuş Ermənistan vətəndaşı ilə bir ailənin 6 üzvünü qətlə yetirmiş rus əsgəri arasında da paralel aparırlar. Həmin vaxt Rusiyanın hüquq-mühafizə orqanları erməniyə qadın xalatı geyindirərək məhkəmə qarşısına çıxartmışdılar.

İndi Yerevanın həmin biabırçılığın qisasını almaq şansı yaranıb. Lakın ermənilərin rus əsgərə qadın xalatı geyindirəcəyi inandırıcı görünmür. Söhbət hər hansı Ermənistan vətəndaşından deyil, RUSİYA əsgərindən gedir.

Tənqid atəşinə Rusiya televiziya kanalları da tuş gəlib. Yol qəzası zamanı cinayətkarın milliyyətinin erməni olduğunu az qala hər xəbərdə qeyd edən Rusiya telekanallarının indiki halda caninin rus olduğunu vurğulamaması erməniləri qıcıqlandırır.

Hadisələrin bu cür gedişatı Serj Sarkisyanı çıxılmaz vəziyyətə salıb. Ermənilər canini tələb edir, Sarkisyan isə susqunluğunu qoruyur. Onun vəziyyətdən çıxmaq üçün Rusiya tərəfinin hazırlayacağı ssenarini gözləməkdən başqa çarəsi yoxdur.

Sarkisyan öz xalqının başını qatmaq üçün yalnız ənənəvi metoddan istifadə edə bilər - cəbhə bölgəsində Azərbaycana qarşı təxribat və diversiya törətməklə.

Əhalisinin sayı sürətlə azalmaqda olan Ermənistan üçün 6 nəfərin ölümü böyük faciədir. Bir sözlə, Yerevan-Moskva münasibətləri yaxşı günlərini yaşamır. Bundan sonra ermənilərin Rusiyaya münasibəti qatil əsgərin Ermənistana təhvil verilib-verilməyəcəyindən asılıdır.

Ermənistanın bütün problemlərdən qurtulmasının yeganə yolu Azərbaycandan keçir. Həmişə Azərbaycanın verdiyi çörək sayəsində ayaqda duran bu ölkə işğal etdiyi torpaqlardan çıxmalıdır. Hər şey bu qədər sadədir...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti