...

Mübariz Əhmədoğlu: Erməni Qriqoryanlığına Apostol dini statusu verməkdə əsas məqsəd Rus Pravoslavlığını aşağılamaqdır

Siyasət Materials 5 Noyabr 2015 14:36 (UTC +04:00)
Rusiya Ermənistana ermənivari təzyiqlər də işləyib hazırlayıb. Moskvada Erməni Apostol Kilsəsinin həyətində rus çarı II Nikolayın büstü qoyuldu. Çar II Nikolay ermənilərə zülm etmiş yeganə rus çarıdır.
Mübariz Əhmədoğlu: Erməni Qriqoryanlığına Apostol dini statusu verməkdə əsas məqsəd Rus Pravoslavlığını aşağılamaqdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Rusiya Ermənistana ermənivari təzyiqlər işləyib hazırlayıb. Moskvada Erməni Apostol Kilsəsinin həyətində rus çarı II Nikolayın büstü qoyuldu. Çar II Nikolay ermənilərə zülm etmiş yeganə rus çarıdır.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, məhz onun dövründə ermənilərin Rusiyaya qarşı xəyanətkar mövqedə olmağı, ikibaşlı siyasəti aşkarlandı: "Ona görə II Nikolay Erməni Apostol Kilsəsini bağlamaq və əmlakını müsadirə etməklə bağlı əmr verdi. II Nikolayın nazirləri erməniləri düşdüyü yerdə mikrob kimi bədənə daraşıb xəstəlik yaradan semitlər kimi təqdim etdilər. İndi RF məhz həmin II Nikolayın büstünü Erməni Apostol Kilsəsinin qarşısında qoydurdu. Bu ermənilərin Rus Pravoslav Kilsəsini aşağılamasına Kremlin verdiyi reaksiyadır. Ola bilər belə cavab reaksiyasını Kremlə Rusiya Patriarxlığı məsləhət bilib. Çünki sektant statusunda yaradılan Qriqoryanlığa Apostol dini statusu verməkdə əsas məqsəd Pravoslavlığı, xüsusilə Rus Pravoslavlığını aşağılamaq idi. Başqa sözlə, Erməni Apostolluğu Moskvada və ya RF-nin təsir zonasında mövcud olmaqla Rus pravoslavlığının Apostol dini olmadığını diqqətə çatdırır".

Mərkəz rəhbəri deyib ki, II Nikolayın Qriqoryan dinini araşdırmaqla bağlı yaratdığı komissiya bu dinin sadəcə sekta olduğunu müəyyən etmişdi: "Büst məsələsində Rusiyanın Ermənistana qarşı siyasətini xarakterizə edən çox vacib cəhət var: Keçən il Rusiya II Nikolayın büstünü Gümrüdə RF hərbi bazasının yaxınında qoymaq istəyirdi. Ermənistan rəsmiləri buna icazə vermədilər. İndi II Nikolayın büstü Moskvada Erməni Apostol Kilsəsinin qarşısında qoyuldu və bir qrup erməni alim II Nikolayın ermənilərin xilaskarlarından biri olduğunu sübut etməyə çalışdı".

Politoloq sonra qeyd edib ki, indiki erməni kilsəsi əvvəlkilərin irsi varisidir: "Hətta ermənilərə düzgün yol göstərmir, aldadırlar. Bütün Ermənilərin Katolikosu, Erməni Apostol Kilsəsinin başçısı II Qaregin rəhbərlik etdiyi qurumu öz adına "Erməni Apostol Kilsəsi" Açıq Səhmdar Cəmiyyətini qeydə aldırdı. Ermənilər sevinirlər ki, II Qaregin bunu ofşor zonada deyil, Ermənistanda qeydə aldırıb. Eləcə də qapalı yox, Açıq Səhmdar Cəmiyyəti kimi qeydə aldırıb".

M.Əhmədoğlu vurğulayıb ki, Suriya ermənilərinin qışda soyuqdan, acından ölməmələri üçün 200 min dollar pul tapılmayanda, II Qareginin bank hesabında bir milyon dollar pul var idi: "Erməni din başçılarının məziyyətləri çoxdur. Gürcüstanda B.İvanişvilinin rəhbərliyi, sponsorluğu ilə mübahisəli kilsə erməni kilsəsi adı ilə təmir olunur, fəaliyyətə başlayır. Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası yenə həmin mövzunu aktuallaşdırır. Dağlıq Qarabağın birinci keşişi Parqev Martirosyanın dilindən bir dəfə sülhə, barışığa çağırış səslənməyib. Amma Kalaşnikov avtomatla çoxlu azərbaycanlı öldürüb. İkona oğrusudur. Qriqoryan, Katolik, protestant olmasından asılı olmayaraq, erməni din xadimləri Rusiyaya qarşı kökləniblər. Çünki Qərbdə antirusiyaçılığa pul xərcləyən kilsələr var. S.Sərkisyanın kürəkəni, gələcək varisi S.Minasyan bu pulun bir hissəsini idarə edir. Gümrüdə Ermənistanı, Gürcüstanı, Rusiyanı, Türkiyəni və Şərqi Avropanı katolikləşdirəcək kilsənin fəaliyyətinin başqa adı yoxdur. Amma rusların II Nikolayı yoxdur. Ona görə Ermənilər Moskvanın özündə də Pravoslavlığı aşağılamağa cəsarət edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti