...

Kamran İmanov: Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya durur (FOTO)

Siyasət Materials 22 Aprel 2016 11:12 (UTC +04:00)
“Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizlənmə və ksenofobiya durur. Eyni zamanda bu millətin “əzabkeşliyi”, “müstəsnalığı” və “xüsusi missiyası” təbliğ olunur”.
Kamran İmanov: Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya durur  (FOTO)

Bakı. Trend:

"Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizlənmə və ksenofobiya durur. Eyni zamanda bu millətin "əzabkeşliyi", "müstəsnalığı" və "xüsusi missiyası" təbliğ olunur".

Trend-in məlumatına görə, bunu Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Azərbaycan multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları" mövzusunda konfransda çıxışı zaman deyib.

K.İmanov bildirib ki, ermənilərin illüstrasiyası Ümumdünya "World Values" elmi layihəsindəki rəqəmlərdir: "Layihəyə əsasən, dünyanın 76 ölkəsində yaşayan fərdlər seçim edərək, öz identikliyini (məxsusluğunu) icma, ölkə və dünya üzrə coğrafi qrupların birində müəyyənləşdiriblər. Buradan aydın olur ki, Azərbaycan kimi yüksək milli-vətəndaşlıq (ölkə) və ümumbəşəri (dünya) yüksək olan, eyni zamanda kiçik etnik-regional (icma) identikliyi olan ölkə tapmaq mümkün deyil. O ki qaldı Ermənistana, burada ən yüksək icma-etnik identiklik və ən aşağı "dünya" mövcuddur. Bu təbiidir".

Agentliyin sədri bildirib ki, ermənilərin neqativ sxem əsasında qurulan identiklik digərlərinin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, qalanlarına yadellilər münasibəti bəsləyir və adətən digərlərinin qrupuna qarşı aqressiv çıxış edir: "Erməniçilik öz identiklik qrupunu digərlərinə qarşı müxalif nöqteyi-nəzərindən təsəvvür edərək, "müstəsnalığını", "xüsusiliyini" qabardaraq, nəticə etibarilə özünü "izolyasiya" edir və digərlərinə qarşı etnik təmizləməni tətbiq edir".

K.İmanov vurğulayıb ki, erməni uydurmaları və saxtakarlıqları o qədər də zərərsiz deyil: "Yalan olmaqla yanaşı, həm də onlar başqalarının şərəf və ləyaqətinin təhqir edilməsinə, onların intellektinə və mədəniyyətinə qəsd edilməsinə, dövlətçiliyinin tarixinə və ənənəsinə şübhə salınmasına yönəldilib. Servantesin məşhur sözləri yerinə düşərdi: "Don həm geyindirir, həm də soyundurur (ifşa edir)". Odur ki, erməni saxtakarlıqları ifşa olunub və ifşa olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti