...

BQXK-nın iştirakı ilə Ermənistan vətəndaşı qaytarıldı

Cəmiyyət Materials 12 Noyabr 2015 13:31 (UTC +04:00)
Noyabrın 8-də beynəlxalq sərhədi keçən mülki Ermənistan vətəndaşı, Noyemberyan rayonunun Şavarşavan kənd sakini Lusine Qukasovna Abovyan bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
BQXK-nın iştirakı ilə Ermənistan vətəndaşı qaytarıldı

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 8-də beynəlxalq sərhədi keçən mülki Ermənistan vətəndaşı, Noyemberyan rayonunun Şavarşavan kənd sakini Lusine Qukasovna Abovyan bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Trend-in məlumatına görə, bugünkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə baş verib.

BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri, həmçinin onun Ermənistandakı ailə üzvləri ilə əlaqə saxlayıblar.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti