...

Yol polisindən piyadalara geyimlə bağlı unikal təklif

Cəmiyyət Materials 4 Dekabr 2015 16:07 (UTC +04:00)
Piyadalar çalışmalıdır ki, yollarda olarkən axşam saatlarında geyimlərində işıq qaytarıcılar olsun.
Yol polisindən piyadalara geyimlə bağlı unikal təklif

Bakı. Elmir Murad - Trend:

Piyadalar çalışmalıdır ki, yollarda olarkən axşam saatlarında geyimlərində işıq qaytarıcılar olsun.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sözügedən məsələ işıqlandırılmayan ərazilərdə çox vacibdir: "Piyadaların ayaqqabılarında, plaşlarında, paltolarında, bir sözlə, geyimlərində işıq qaytarıcıların olması çox yaxşı haldır. Sadaladığım geyimlərdə işıq qaytarıcıların olması sürücülərin piyadaları qaranlıq vaxtlarda görməsinə şərait yaradır. Biz bununla bağlı dəfələrlə Gənclər və İdman Nazirliyinin əməkdaşları və QHT-lərlə birgə tədbirlər keçirmişik, işıq qaytarıcılar paylamışıq. Bir daha piyadalara müraciət edirik ki, imkan daxilində belə geyimlərdən istifadə etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti