...

Nazir: Manatın devalvasiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə təsir göstərməyib

Cəmiyyət Materials 25 Dekabr 2015 12:31 (UTC +04:00)
Manatın devalvasiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə heç bir təsir göstərməyib.
Nazir: Manatın devalvasiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə təsir göstərməyib

Bakı. Elçin Mehdiyev - Trend:

Manatın devalvasiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə heç bir təsir göstərməyib.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, nazirlik xaricdən heç bir mal idxal etmir və satmır: "Buna görə də inanmıram ki, hansısa tədbirin keçirilməsi ilə əlaqədar qiymət artımı ilə rastlaşaq".

Nazir əlavə edib ki, bütün tədbirlər üçün büdcə nəzərdə tutulub və həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti