...

"Sumqayıt" "Qarabağ"a təslim olmadı (YENİLƏNİB)

İdman Materials 16 Dekabr 2015 18:25 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.
"Sumqayıt" "Qarabağ"a təslim olmadı (YENİLƏNİB)

"Qarabağ" - "Sumqayıt" oyunun nəticəsi əlavə olunub (ilk xəbər saat 17:20-də yayılıb)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib. Gözlənilənlərin əksinə olaraq, ilk qol qonaqlardan gəlib - 7-ci dəqiqədə Amil Yunanov fərqlənib.

53-cü dəqiqədə Mikayıl Rəhimov fərqi iki topa çatdırıb. Dörd dəqiqə sonra Riçard Almeyda penalti zərbəsini dəqiq yetirib.

Oyunun əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış Dani Kintana son nöqtəni qoyub - 2:2. 90+1-ci dəqiqədə isə Raydell Pupon ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti