Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan idmançıları 2015-ci il ərzində Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında ümumilikdə 823 medal qazanıblar.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
A.Rəhimov bildirib ki, bu medallardan 321-i qızıl, 222-si gümüş, 280-i isə bürünc olub.
Nazirin sözlərinə görə, medalların 297-si Olimpiya, 526-sı isə qeyri-olimpiya idman növləri üzrə qazanılıb.